top of page

Bu gün 255-ci "El-Klassiko" oynanılacaq!


İspaniya La Liqasında 11-ci turun oyunları davam edir.


90plus.az xəbər verir ki, turun mərkəzi və maraqla gözlənilən görüşü bu gün keçiriləcək.


"Barselona" öz meydanında əzəli rəqibi "Real"ı qəbul edəcək. Mövsümün ilk "El-Klassiko" Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Oyuna marağı həm də komandalar arasında 1 xal fərqinin olması artırır. 10 turdan sonra "Real" 25 xalla ikinci, "Barselona" isə 24 xalla üçüncü sıradadır. Turnir cədvəlinə 28 xalla (11 oyuna) "Jirona" başçılıq edir.

28 oktyabr

İspaniya La Liqası, 11-ci tur

18:15. "Barselona" - "Real"Baş hakim: Xesus Gil Mansano"Olimpiya Stadionu".


İndiyədək baş tutan İspaniya derbisi (El Clasico) oyunlarının göstəriciləri belədir:


RƏSMİ OYUNLAR ÜZRƏ:

254 Oyun

102 Real Madrid qələbəsi

52 Bərabərlik

100 Barcelona qələbəsi

Qol sayı: RMA 424-415 FCB


QEYRİ-RƏSMİ OYUNLAR ÜZRƏ:


34 Oyun

4 Real Madrid qələbəsi

10Bərabərlik

20 Barselona qələbəsi

Qol sayı: RMA 43-84 FCB

0 comments
bottom of page