Bu gün AFFA De Byazi ilə bağlı qərarını verəcək!


Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası olacaq.

90plus.az xəbər verir ki, iclas saat 15:00-da başlayacaq. İclasda yığmamızın baş məşqçisi Canni De Byazinin Azərbaycan millisindəki taleyinə də aydınlıq gələcək. İcraiyyə Komitəsi toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.



Bundan əlavə, iclasda aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarlar, lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi, Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklər, Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi və digər məsələlər müzakirə ediləcək.

0 comments