Bu gün Antalyada "Zirə"nin oyunu var


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq.


90plus.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə Serbiya yüksək liqa təmsilçisi "Napredak" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, ilk matçında Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci oyununda Rumıniya "Sepsi"sinə qalib gəlib - 2:0.


21 yanvar

16:00. "Zirə" - "Napredak" (Serbiya)

0 comments

Recent Posts

See All