Bu gün AVRO-2020-də daha 3 matç keçiriləcək! Teleafişa



"90plus" xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutacaq. C qrupunda Ukrayna millisi Şimali Makedoniya ilə qarşılaşacaq. Buxarestdəki "Milli Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Günün ikinci qarşılaşması Danimarka və Belçika milli komandaları arasında gerçəkləşəcək. Kopenhagendəki "Parken" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


C qrupunun digər görüşündə Niderland yığması Avstriya ilə üz-üzə gələcək. Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Onu da qeyd edək ki, hər 3 matça "İdman Tv"dən baxa bilərsiniz.

0 comments

Recent Posts

See All

UEFA Böyük Britaniya və İrlandiyada keçirilməsi gözlənilən “Avro-2028”də komanda sayını 24-dən 32-ə qaldırmaq fikrindədir. 90plus.az xəbər verir ki, bu haqda Britaniyanın “Daily Mail” nəşri məlumat y