top of page

Bu gün AVRO-2024-ün seçmə mərhələsində II turun növbəti oyunları keçiriləcək

Bu gün AVRO-2024-ün seçmə mərhələsində II turun daha 8 oyunu keçiriləcək.


90plus.az - ın məlumatına görə, bütün qarşılaşmalar eyni saatda start götürəcək.


B qrupunda Niderland millisi Cəbəllütariqi, İrlandiya yığması Fransanı qəbul edəcək. E qrupunda Albaniya Polşanın, Çexiya Moldovanın qonağı olacaq.


F qrupunda Azərbaycan millisi İsveçlə, Avstriya Estoniya ilə səfərdə qarşılaşacaq. Nəhayət, G qrupunda isə Macarıstan Bolqarıstanı, Monteneqro Serbiyanı sınağa çəkəcək.


AVRO-2024, seçmə mərhələ


II tur


24 mart


B qrupu


22:45. Niderland - Cəbəllütariq


22:45. İrlandiya - Fransa


Xal durumu: Fransa - 3, Yunanıstan - 3. İrlandiya - 0 (oyun keçirməyib), Cəbəllütariq - 0, Niderland - 0


E qrupu


22:45. Polşa - Albaniya


22:45. Moldova - Çexiya


Xal durumu: Çexiya - 3, Farer adaları - 1, Moldova - 1, Albaniya - 0 (oyun keçirməyib), Polşa - 0


F qrupu


22:45. İsveç - Azərbaycan


22:45. Avstriya - Estoniya


Xal durumu: Avstriya - 3, Belçika - 3, Estoniya - 0 (oyun keçirməyib), İsveç - 0, Azərbaycan - 0


G qrupu


22:45. Macarıstan - Bolqarıstan


22:45. Monteneqro - Serbiya


Xal durumu: Serbiya - 3, Monteneqro - 3, Macarıstan - 0 (oyun keçirməyib), Bolqarıstan - 0, Litva - 0



0 comments

Comments


bottom of page