top of page

Bu gün AVRO-2024-ün seçmə mərhələsində IV tura yekun vurulacaq

Bu gün futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində IV tura yekun vurulacaq.


90plus.a - ın məlumatına görə, beş qrupda ümumilikdə 11 görüş keçiriləcək.


Azərbaycan millisinin yer aldığı F qrupunda iki qarşılaşma olacaq. Canni De Byazinin kollektivinin istirahət etdiyi turda qrupun lideri Avstriya seçməsi İsveçi qəbul edəcək. Üç gün əvvəl Bakıda Azərbaycan yığması ilə heç-heçə edən Estoniya isə doğma arenasında Belçika ilə üz-üzə gələcək.


AVRO-2024 seçmə mərhələ

20 iyun


A qrupu

22:45. Şotlandiya – Gürcüstan

22:45. Norveç – Kipr

Xal durumu: Şotlandiya – 9 xal (3 oyuna), Gürcüstan - 4 (2), İspaniya - 3 (2), Norveç – 1 (3), Kipr - 0 (2)


E qrupu

22:45. Moldova – Polşa

22:45. Farer adaları – Albaniya

Xal durumu: Çexiya – 7 xal (3 oyuna), Polşa – 3 (2), Albaniya – 3 (2), Moldova – 2 (3), Farer adaları – 1 (2)


F qrupu

22:45. Avstriya – İsveç

22:45. Estoniya – Belçika

Xal durumu: Avstriya – 7 xal (3 oyuna), Belçika – 4 (2), İsveç – 3 (2), Estoniya – 1 (2), Azərbaycan – 1 (3)


G qrupu

22:45. Macarıstan – Litva

22:45. Bolqarıstan – Serbiya

Xal durumu: Serbiya – 6 xal (2 oyuna), Macarıstan - 4 (2), Monteneqro – 4 (3), Litva – 1 (2), Bolqarıstan – 1 (3)


J qrupu

22:45. İslandiya – Portuqaliya

22:45. Bosniya və Herseqovina – Lüksemburq

22:45. Lixtenşteyn – Slovakiya

Xal durumu: Portuqaliya – 9 xal, Slovakiya – 7, Lüksemburq – 4, Bosniya və Herseqovina – 3, İslandiya – 3, Lixtenşteyn – 0.



0 comments
bottom of page