Bu gün Avro Liqa 1/4 final mərhələsinə yekun vurulacaq

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.



90plus.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 matç keçiriləcək. Almaniyanın Duysburq şəhərində  "Vulverhempton" "Sevilya" ilə, Gelzenkirxendə  isə "Şaxtyor" (Donetsk) "Bazel"lə qarşılaşacaq.



Qeyd edək ki, dünən "İnter" və "Mançester Yunayted" yarımfinala yüksəlib.

11 avqust

23:00. "Vulverhempton" - "Sevilya"

23:00. "Şaxtyor" - "Bazel" 10 avqust

23:00. "Mançester Yunayted" - "Kopenhagen" - 1:0

23:00 "İnter" - "Bayer" (Leverkuzen) - 2:1

0 comments