Bu gün Avroliqa bərpa olunur

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan avrokuboklar bərpa olunur.

90plus.az xəbər verir ki, bu gün Avropa Liqasında 4 görüş keçiriləcək. İstanbulda "Kopenhagen"ə minimal hesabla qalib gələn son Türkiyə çempionu "Başakşəhər" bu dəfə rəqibi ilə Danimarkada qarşılaşacaq. Donetsk "Şaxtyor"u səfərdə məğlub etdiyi (2:1) "Volfsburq"u evdə qəbul edəcək. "Mançester Yunayted" öz meydanında Avstriya LASK-ı ilə qarşılaşacaq. "Qırmızı şeytanlar" səfərdəki görüşdə 5 cavabsız qolla qalib gəlib. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) cütlüyünün isə ilk oyunu da təxirə salındığından komandalar arasında görüş neytral meydanda olacaq. Qalib Almaniyanın Helzenkirhen şəhərində 1 görüşlə müəyyənləşəcək. 5 avqust Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları




20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə) İlk oyun - 0:1

20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya) İlk oyun - 2:1

23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya) İlk oyun - 5:0

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) İlk oyun keçirilməyib Qeyd edək ki, bu mərhələnin daha 4 oyunu sabah keçiriləcək. Çempionlar Liqasında 1/8 finalın cavab matçları isə avqustun 7 və 8-də oynanılacaq.

0 comments