Bu gün Azərbaycan Çempionatı start götürəcək


Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start veriləcək. Azərbaycan Premyer Liqası I tur 14 avqust (şənbə) 18:30. “Sabah” – “Səbail” Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Elgiz Abbasov “Bank Respublika Arena”. 20:30. “Keşlə” – “Sumqayıt” Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Erkin Hüseynov “ASK Arena”. Qeyd edək ki, tura avqustun 15-də oynanılacaq "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.

0 comments