
"Köhlən atlar" "flaqman"ın qonağı olacaq. 2 tərəf arasında keçirilən son 10 qarşılaşmanın 4-nü "Neftçi", 3-nü isə "Qarabağ" qalib kimi başa vurub.
Tərəflər arasında ən böyükhesablı qələbə isə keçən il Şuşanın azad olunduğu gün baş tutmuşdu. "Qarabağ" futbol meydanında "Neftçi"nin daşını daş üstə qoymamışdı. (6-0).
Amma son oyunda əlavə edilmiş vaxtda vurulan qol ilə "Neftçi" 8 ildən sonra çempionluğa yiyələnmişdi.
Bu komandalar arasında ilk qarşılaşma 1992-ci ildə baş tutmuş və 1-1 bitmişdir.
"Neftçi" - "Qarabağ" matçlarında ən çox qol vuran oyunçu isə Reynaldo Da Silvadır.(9 qol).