Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub

Updated: Dec 3, 2019

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub. 90plus.az xəbər verir ki, son oyunda lider "Qarabağ" "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da keçirilən görüşdə Ağdam klubu minimal hesablı qələbə qazanıb- 1:0. Bu qələbə ilə xalını 30-a yüksəldən Qurban Qurbanovun komandası ilk pillədəki yerini qoruyub.

2 dekabr (bazar ertəsi)

20:00. “Sabah” – “Qarabağ” - 0:1

Qol: Abdullah Zubir, 74 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli

“Bank Respublika Arena”

1 dekabr (bazar) “Səbail” – “Neftçi” - 0:0 30 noyabr (şənbə) “Keşlə” – “Sumqayıt” - 2:1 “Qəbələ” – “Zirə” - 3:0

0 comments