Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.
90plus.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında 46 xalla 2-ci pillədə qərarlaşan "Sabah" 26 xalla 5-ci sırada yer alan "Qəbələ"nin qonağı olacaq.
Turun son oyununda isə "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edəcək. Hazırda "ağ-qaralar" 38 xalla 3-cü, "qartallar" isə 31 xalla 4-cüdür.
15:00. “Qəbələ” – “Sabah”Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan HəmzəzadəHakim-inspektor: Gülağa CabarovAFFA nümayəndəsi: Mübariz HüseynovQəbələ şəhər stadionu.
17:30. “Neftçi” – “Zirə”Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal UmudluHakim-inspektor: Orxan MəmmədovAFFA nümayəndəsi: İlham Əliyev“Bakcell Arena”.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1, "Qarabağ" "Şamaxı"ya 3:1, "Səbail" isə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.