top of page

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.


90plus.az - ın məlumatına görə, bağlanış oyununda "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.


Ağdam klubu 31 turdan sonra 78 xalla turnir cədvəlinə başçılıq edir. 61 xalı olan "ağ-qaralar" isə 3-cü pillədə qərarlaşıb.


İki kollektiv indiyədək ölkə çempionatında 90 dəfə üz-üzə gəlib. Bunların 23-də "Neftçi", 36-da "Qarabağ" qalib gəlib. 31 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 112:81.


"Qarabağ" son 3 səfər matçında qələbə qazanıb. "Neftçi" son 7 qarşılaşmada rəqibini məğlub edə bilməyib.


Azərbaycan Premyer Liqası

XXXII tur

2 may

20:00. "Neftçi" - "Qarabağ"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

"Bakcell Arena".


Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" evdə "Şamaxı"ya 1:0, "Qəbələ" doğma meydanda "Səbail"ə 4:2, "Turan Tovuz" isə səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib.



0 comments
bottom of page