top of page

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürür




Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək.


90plus.az xəbər verir ki, turun açılış oyununda "Kəpəz" "Dalğa Arena"da "Zirə" ilə qarşılaşacaaq. Görüş saat 19:30-da başlayacaq.


Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olduğu üçün "Kəpəz" ev oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, turun digər oyunları 6-7-8 avqust tarixlərində keçiriləcək.


5 avqust (cümə)

19:30. “Kəpəz” – “Zirə” “Dalğa Arena”


6 avqust (şənbə)

20:00. “Qarabağ” – “Səbail” “Azersun Arena”


7 avqust (bazar)

17:00.“Şamaxı” – “Neftçi” Şamaxı şəhər stadionu

19:15. “Sabah” – “Sumqayıt” “Bank Respublika Arena”


8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ” Tovuz şəhər stadionu

0 comments
bottom of page