top of page

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə start veriləcək

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.


90plus.az - ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.


Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gələcək. "Xəlifə" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.


Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında baş tutacaq. "Əhməd ibn-Əli" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.


DÇ-2022, 1/8 final


3 dekabr


19:00. Niderland - ABŞ


Baş hakim: Vilton Sampayo (Braziliya)


"Xəlifə" stadionu


23:00. Argentina - Avstraliya


Baş hakim: Şimon Marçinyak (Polşa)


"Əhməd ibn-Əli" stadionu



0 comments
bottom of page