Bu gün daha 5 Yunan-Roma güləşçimiz döyüşə çıxacaq


90plus.az xəbər verir ki, u gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.


60 kq 1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus)

67 kq 1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya) 72 kq Təsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova)

82 kq 1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova) 97 kq 1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan)


Bu gün eyni zamanda yunan-Roman güləşinin 5 çəki dərəcəsi üzrə təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda görüşdə Fabian Şmitt (Almaniya)/Mattias Poutanen (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Taleh Məmmədov (63 kq) finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) isə təsəlliverici görüşdə Varujan Qriqoryanla (Ermənistan) görüşəcək.


55 kq

Bürünc medal görüşü: Eldəniz Əzizli - Fabian Şmitt (Almaniya) / Mattias Poutanen (Finlandiya)

63 kq

Final: Taleh Məmmədov - Cambolat Lokyayev (Rusiya)

77 kq

Təsəlliverici görüş: Sənan Süleymanov - Varujan Qriqoryan (Ermənistan)

0 comments