Bu gün El-Klassikoda Ramos olmayacaq!



“Real”ın kapitanı Serxio Ramos zədə səbəbindən bu günkü “El-Klassiko”nu buraxacaq.

90plus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilk dəfə La Liqada “Barselona” ilə görüşdə iştirak etməyəcək. O, daha əvvəl Çempionlar Liqasının 2010/11 mövsümündə yarımfinalda ikinci oyunu buraxıb. Həmçinin Ramos 2012/13 mövsümündə İspaniya kubokunun yarımfinalında da əzəli rəqiblə qarşılaşmada meydana çıxmayıb. Lakin futbolçu La Liqada ilk dəfə “El-Klassiko”da oynamayacaq.

Qeyd edək ki, “Real” – “Barselona” görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

0 comments

Recent Posts

See All