top of page

Bu gün “Fənərbağça - Qalatasaray” oyunu var


Bu gün Türkiyə Superliqasında əzəzli İstanbul derbisi baş tutacaq.


90plus.az xəbər verir ki, 17-ci turda "Fənərbağça" evdə "Qalatasaray"ı qəbul edəcək. Əzəli rəqiblərin oyununu Arda Kardeşlər idarə edəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Bu komadalar arasında iyunun 4-də oynanılan son görüşdə "Qalatasaray" "Fənərbağça"ya 3:0 hesabı ilə qalib gəlib. 


"Fənərbağça" özünün Superliqadakı son oyununda - 16-cı turda "Kayserispor"u üstələyib - 4:3. "Qalatasaray" isə "Fatih Karagümrük"ə qalib gəlib - 1:0.

Qeyd: hazırda turnir cədvəlində "Fənərbağça" 43 xalla liderdir, eyni xalı olan "Qalatasaray" isə 2-ci pillədədir.


0 comments
bottom of page