Bu gün günlərdən El-Klassiko!


Bu gün dünya futbolsevərlərinin diqqəti İspaniya La Liqasına yönələcək.


90plus.az xəbər verir ki, çempionatda mövsümün növbəti "El-Klassiko"su keçiriləcək- 30-cu turda "Real" doğma meydanda əzəli rəqibi "Barselona"nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Qarşılaşma hər iki komanda üçün turnir cədvəlindəki mövqeləri baxımından da əhəmiyyətlidir. Belə ki, lider "Atletiko"dan cəmi 1 xal geri qalan Kataloniya klubunun birinciliyi ələ keçirmək şansı var. 3-cü yerdə olan Madrid təmsilçisi isə rəqibinə qalib gələrsə, 2-ci yerə yüksələcək.

"El-Klassiko"nun tarixinə aid maraqlı məqamlar 90plus.az ın hazırladığı hekayədə!

Linkə keçid edin: https://youtu.be/z_qOLR2dtUE

0 comments

Recent Posts

See All