top of page

Bu gün İtaliyada Milan derbisi var

İtaliya A seriyasında 21-ci turun oyunları keçirilir.


90plus.az xəbər verir ki, bu gün "İnter" əzəli rəqibi "Milan"ı qəbul edəcək.


Derbi matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Qeyd edək ki, hazırda "İnter" 40 xalla 2-ci pillədə qərarlaşıb. Son oyunlarda uğursuz çıxış edən "Milan" isə 38 xalla 5-ci pillədə yer alıb. Turnir cədvəlinə 53 xalla "Napoli" başçılıq edir.


0 comments
bottom of page