Bu gün idman jurnalistlərinin bayramıdır

2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.



90plus.az-ın məlumatına görə, məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası yaradılıb.




1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın 94 yaşı tamam olur. Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür.

Sözügedən bayram 1995-ci ildən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) təşəbbüsü ilə keçirilir.

0 comments