Bu gün Mahirin komandası oyunu var.


Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxacaq.


90plus.az xəbər verir ki, komanda 28-ci turda "Slaven"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.


Mətbuatda Emrelinin zədələndiyi barədə məlumatlar yayılsa da, hələlik onun sözügedən oyunda iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, "Dinamo" yarışın turnir cədvəlində 54 xalla birincidir. "Slaven" isə 30 xalla 7-ci pillədə qərarlaşır.

18:00. "Slaven" - "Dinamo" (Zaqreb)

0 comments