
Bu gün İtaliya A Seriyasında 23-cü tura Milan derbisi ilə yekun vurulacaq.
90plus.az xəbər verir ki, turun son matçında çempionluğa iddialı “İnter” əzəli rəqibi “Milan”ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, 22 turdan sonra “İnter” 51 xalla 2-ci, “Milan” isə 32 xalla 10-cu pillədə qərarlaşıb.