Bu gün millimiz daha bir oyuna çıxır


90plus.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün beynəlxalq yoldaşlıq oyununa çıxacaq. Komanda Qətər yığması ilə üz-üzə gələcək.


Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Qeyd edək ki, Qətər yığması Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edilib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

0 comments