top of page

Bu gün millimiz Portuqaliya ilə qarşılaşacaq


Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/8 final oyununa çıxacaq.


90plus.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçilik etdiyi komanda Portuqaliya seçməsi ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.



Qeyd edək ki, son Avropa çempionu olan Azərbaycan yığması mundialın G qrupunda mübarizəni maksimum nəticə ilə başa vurub - 3 oyun, 9 xal.


Milli qrupda həm Misirə, həm İraqa, həm də Küveytə qalib gəlib.

0 comments

Comments


bottom of page