Bu gün “Neftçi” - “Rapid” oyunu var…



Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.


90plus.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi” də cavab oyununa çıxacaq.


"Ağ-qaralar" Avstriyada “Rapid”lə üz-üzə gələcək. Bakıda 2:1 hesablı qələbə qazanan Bakı klubu üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, bu mərhələni keçən komanda  pley-offda “Vaduts” – “Konyaspor” cütünün qalibi ilə qarşılaşacaq.  Pley-off avqustun 18-də və 25-də keçiriləcək.

 

11 avqust

Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:30. “Rapid” (Avstriya) – “Neftçi” (Azərbaycan) Baş hakim: Rahit Saqqi (Norveç) Vyana. “Veststadion” İlk oyun – 1:2

0 comments