top of page

“Bu gün o kişinin etdiyini Azərbaycan futbolunda son 10 ildə heç kim etməyib” Azər Bağırov


"Maraqlı oyun oldu. Təki bir də belə hadisələr olmasın. Futbol adına hər şey var idi. Matçdan çox danışmaq istəmirəm. Rəqibi təbrik edirəm".


90plus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 18-ci turunda "Turan Tovuz"a uduzduqları (1:3) oyundan sonra mətbuat konfransında deyib.

- Dünəndən bu günə kimi xeyli vaxt keçib. Nələr planlaşdırmışdınız?

- Belə hallarda oynamaq çətindir. Çünki, dünən futbolçuların gücü 80 dəqiqədə bitdi. Onları kökləmək çox çətindir. Fiziki cəhətdən mümkün deyil. 

- Dünən güclü külək başlayandan sonra oyunun dayandırılması üçün hakimə müraciət etdiniz?

- Xeyr. Fövqəladə halları özləri bilirlər. Amma bu tək hakimlərdən asılı deyil. AFFA nümayəndəsi var. Əslində dayandırmalı idilər. 60-cı dəqiqədən sonra güclü külüək oldu. Dünən hadisə daha tez baş versəydi, orada isinən futbolçular olsaydı...

- Dünənki hadisədən sonra Ehtiram Quliyevə qarşı kampaniya başlayıb. Dirəyin aşması hadisəsini siz necə şərh edirsiniz?

- Ehtiram müəllim Tovuz üçün bir brilyantdır. Dirəyin aşması, yağışın yağması Ehtiram Quliyevin günahı deyil. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Nöqsan Ehtiram məüllimdə deyil. Bu gün o kişinin etdiyini Azərbaycan futbolunda son 10 ildə heç kim etməyib. Təşəkkür etmək lazımdır. Adam öz pulunu futbola xərcləyir. (sportal.az)

0 comments
bottom of page