Bu gün Premyer Liqamızda oyunlar var


Bu gün Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ikinci yarısına start veriləcək.

90plus.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. "Zirə" "Sabah"ı, "Neftçi" isə "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, turun digər iki görüşü sabah oynanılacaq.

1 fevral (şənbə)

15:00. “Zirə” – “Sabah” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov Zirə İdman Kompleksinin stadionu

17:30. “Neftçi” – “Sumqayıt” Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov “Bakcell Arena”

2 fevral (bazar)

15:00. “Qəbələ” – “Keşlə” Qəbələ şəhər stadionu,

17:30. “Səbail” – “Qarabağ” “ASCO Arena”

0 comments