top of page

Bu gün “Qəbələ” “Olimpiakos”la qarşılaşır


“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.


90plus.az  xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

Çempionluq yolunda mübarizə aparan “qırmızı-qaralar” ikinci mərhələnin ilk matçına çıxacaq.


Azərbaycan futbolu tarixində ikinci dəfə bu raundda mübarizə aparan “Qəbələ” birinci mərhələdə “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb (1:1, 1:0). "Qəbələ" "Olimpiakos"u keçsə, pley-offa yüksələcək.

Bu komandalar arasında cavab görüşü noyabrın 29-da Pireydə keçiriləcək.


8 noyabr

UEFA Gənclər Liqası

Çempionlar yolu, 2-ci mərhələ

İlk oyun,

16:00. “Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)

Baş hakim: Qoqa Kikaçeişvili

Qəbələ şəhər stadionu

0 comments

Comments


bottom of page