top of page

Bu gün "Qalatasaray" və "Barselona"nı rəqibləri bilinəcək!


Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

90plus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.


Püşkdən öncə komandalar səpələnmişlər və səpələnməmişlər səbətlərində yer alıblar. Türkiyənin "Qalatasaray" klbubu qrup qaliblərindən ibarət səpələnmişlər sırasındadır.

Səpələnməmişlər səbətində isə pley-off mərhələsinin qalibləri yer alıb.

Səpələnmişlər:

"Srvena Zvezda" (Serbiya)

"Ayntraxt" (Frankfurt, Almaniya)

"Qalatasaray" (Türkiyə)

"Bayer" (Leverkuzen, Almaniya)

"Lion" (Fransa), "Monako" (Fransa)

"Spartak" (Moskva, Rusiya)

"Vest Hem" (İngiltərə)

Səpələnməmişlər:

"Atalanta" (İtaliya)

"Leyptsiq" (Almaniya),

"Portu" (Portuqaliya)

"Sevilya" (İspaniya)

"Barselona" (İspaniya)

"Betis" (İspaniya)

"Reyncers" (Şotlandiya)

"Braqa" (Portuqaliya)

Qeyd edək ki, bu mərhələnin ilk matçları martın 10-da, cavab görüşləri martın 17-də olacaq.

0 comments
bottom of page