top of page

Bu gün "Qarabağ"ın ÇL rəqibi bəlli olacaq


Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq. 90plus.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bəlli olacaq. Komandalar püşkdən əvvəl qruplara bölünüb. 1-ci qrup Səpələnmişlər "Lüdoqorets" (Bolqarıstan) ÇFR (Rumıniya) "Ferentsvaroş" (Macarıstan) "Maribor" (Sloveniya) "Düdelanj" (Lüksemburq) Səpələnməmişlər "Sutyeska" (Monteneqro) "Şaxtyor" (Soliqorsk, Belarus) "Tobol" (Qazaxıstan) "Pünik" (Ermənistan) "Tirana" (Albaniya) 2-ci qrup Səpələnmişlər "Malmö” (İsveç) "Budye Qlimt" (Norveç) HIK (Finlandiya TNS (Uels) "Jalgiris" (Litva) Səpələnməmişlər “Linfild” (Şimali İrlandiya) "Klasksvik" (Farer adaları) İlkin mərhələnin qalibi RFŞ (Latviya) "Balikani" (Kosovo) 3-cü qrup Səpələnmişlər "Qarabağ" (Azərbaycan) "Şerif" (Moldova) "Slovan" (Bratislava, Slovakiya) “Linkoln” (Cəbəllütariq) "Şemrok Rovers" (İrlandiya) Səpələnməmişlər "Zrinski" (Bosniya və Herseqovina) "Lex" (Polşa) "Hibernians" (Malta) "Şkupi" (Şimali Makedoniya) "Dinamo" (Batumi, Gürcüstan).

0 comments
bottom of page