top of page

Bu gün “Qarabağ”ın Avroliqanın pley-off rəqibi bilinəcək!


Bu gün “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək!


90plus.az xəbər verir ki, Avroliqanın pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.


Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının səkkiz qrupunun birinciləri ilə birləşəcək.

Fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda “Qarabağ”ın ilk matçı, reqlamentə görə, səfərdə baş tutacaq.


“Köhlən atlar”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtar”dır (Ukrayna).


0 comments
bottom of page