Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 49 yaşı tamam olur.

90plus.az ın məlumatına görə Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində doğulub.

Q.Qurbanovu Azərbaycan futbol tarixinin ən güclü məşqçisi hesab etmək olar. Onun rəhbərliyi ilə komandası "Qarabağ" 7 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Futbol tariximizdə ilk dəfə məhz Qurban Qurbanovun başçılıq etdiyi komanda - "Qarabağ" Çempionlar Liqasının qrupuna (2017-ci ildə) vəsiqə əldə edib.


Bundan başqa komanda 6 mövsüm Avropa Liqasında qrupda oynayıb. Ümumilikdə, "Qarabağ" dalbadal 7 mövsüm avrokuboklarda qrupda çıxış edib. Qurban Qurbanovu təbrik edirik.

0 comments