Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
90plus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Qarabağ"ın da bu mərhələdəki potensial rəqibi bəlli olub. Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi üz-üzə gələcək. "Qarabağ" pley-off-a yüksəlsə, ilk oyunu Bakıda keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.