top of page

Bu gün “Qarabağ” - “Bayer” oyunu var


Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 4-cü tur oyununa çıxacaq.


90plus.az xəbər verir ki, Qurban Qurbanovun komandasının rəqibi Leverkuzen "Bayer"i (Almaniya) olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. 

Bu komandalar arasında 3-cü tur görüşü "Bayer"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

H qrupunun digər matçında isə "Hekken" evdə "Molde" ilə üz-üzə gələcək.

Avropa Liqası, qrup mərhələsi, 4-cü tur

21:45. "Qarabağ" (Ağdam, Azərbaycan) - "Bayer" (Leverkuzen, Almaniya) 

Hakimlər: Kreyq Pouson, Simon Bennett, Lee Betts, Con Brooks

Tofiq Bəhramov adına Respublika Stadionu.

00:00. "Hekken" (İsveç) - "Molde" (Norveç)



0 comments
bottom of page