top of page

Bu gün "Qarabağ”-“Keşlə” və “Neftçi”-“Sabah” matçları var



Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.

90plus.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Əvvəlcə “Qarabağ” öz meydanında “Keşlə” ilə üz-üzə gələcək. Günün digər matçında isə “Neftçi” “Sabah”ı qəbul edəcək.



1/4 finalın digər oyunları sabah keçiriləcək. “Zirə” “Səbail”i, “Sumqayıt” isə “Qəbələ”ni qəbul edəcək. Komandalar arasında cavab matçları isə fevralın 12-si və 13-də keçiriləcək. Azərbaycan kuboku

1/4 finalın ilk oyunları


1 fevral 17:30.“Qarabağ” – “Keşlə” Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu 19:45.“Neftçi” – “Sabah” Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov. Bakı. “Bakcell Arena”


2 fevral


17:00.“Zirə” – “Səbail” Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı Zirə İdman Kompleksinin stadionu


19:15.“Sumqayıt” – “Qəbələ” Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev “Kapital Bank Arena”

0 comments
bottom of page