Bu gün "Qarabağ" mübarizəyə başlayır

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start veriləcək.

90plus.az xəbər verir ki, ilk oyun günündə 5 görüş keçiriləcək.

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da bu gün meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq. Mərhələ bir oyundan ibarət olduğundan qalib gələn tərəf 2-ci raunda yüksələcək. Qeyd edək ki, mərhələni keçən komanda 2-ci turda  “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. 18 avqust Çempionlar Liqası 1-ci təsnifat mərhələsi 20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

0 comments