Bu gün “Səbail"in oyunu var!


Təlim-məşq toplanışını Antalyada davam etdirən “Səbail" bu gün ikinci yoxlama oyununu keçirəcək.


90plus.az xəbər verir ki, Aftandil Hacıyevin komandası Ukraynanın “Olimpik” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Yoxlama oyunu

18:00 “Səbail– “Olimpik” (Donetsk) “Miracle Resort Otel”

Qeyd edək ki, “Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetısu” klubuna 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi yanvarın 21-də “Voluntari” (Rumıniya), 25-də isə “Korona” (Polşa) klubları də qarşılaşacaq.

0 comments