Bu gün Türkiyə növbəti oyuna çıxır

DÇ-2022-nin G qrupunda mübarizə aparan Türkiyə millisi bu gün növbəti oyununa çıxacaq.

90plus.az xəbər verir ki, "ay-ulduzlular" 3-cü turda Latviyanı qəbul edəcək. Atatürk Olimpiya Stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Görüş "CBC Sport" və TRT 1 kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Türkiyə millisi G qrupunda 2 turdan sonra 6 xalla liderdir.

0 comments

Recent Posts

See All