Bu gün "Tofiq Bəhramov"da - Azərbaycan derbisi

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura start veriləcək.

90plus.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Sumqayıt" doğma meydanda "Səbail"lə qarşlaşacaq.

Günün ikinci oyunu maraqla gözlənilir. Belə ki, turun mərkəzi qarşılaşmasında- Azərbaycan derbisində "Qarabağ" "Neftçi"ni qəbul edəcək. 13 fevral (şənbə)

16:00. “Sumqayıt” – “Səbail” Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev Kapital Bank Arena 18:30. “Qarabağ” – “Neftçi” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev Tofiq Bəhramov adına Respublika Stadionu. 14 fevral

15:00. “Qəbələ” – “Keşlə" Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov Qəbələ şəhər stadionu

17:00. “Zirə” – “Sabah” Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev Zirə İdman Kompleksinin stadionu

0 comments

Recent Posts

See All