top of page

Bu gün Tofiq Bəhramovun doğum günüdür

90plus.az xəbər verir ki, bu gün tanınmış hakim, "Qızıl fit" mükafatının sahibi Tofiq Bəhramovun doğum günüdür.


1925-ci ildə dünyaya gəlmiş Tofiq Bəhramov 1946-1948-ci illərdə yarımmüdafiəçi kimi "Neftçi"nin şərəfini qoruyub.


1966-cı ildə keçirilən Dünya çempionatının Almaniya və İngiltərə milli komandaları arasında final oyununda Cefri Hertsin qolunu qeydə alan Bəhramov bu qərarı ilə daha da məşhurlaşıb. Oyundan sonra hakim kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi "Qızıl fit" mükafatına layiq görülüb.


Tofiq Bəhramov 1993-cü il martın 26-sında dünyasını dəyişib. 90plus.az ailəsi olaraq hörmətlə anırıq.

0 comments
bottom of page