top of page

Bu gün “Turan Tovuz” Rumıniya klubu ilə üz-üzə gələcək

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün Rumıniya klubu “Voluntari” ilə ilk yoxlama görüşünə çıxacaq.


90plus.az xəbər verir ki, "Topkapı Sport Center”in meydanında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Tovuzlular yanvarın 15-də daha iki oyun keçirəcəklər. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivi ilə üz-üzə gələcək.


Qeyd: “Turan Tovuz” Premyer Liqanın ilk yarısından sonra 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bölgə təmsilçisi yanvarın 22-də XIX turun matçında “Kəpəz”lə qarşılaşacaq.

0 comments
bottom of page