top of page

Bu gün 5 güləşçimiz Paris-2024 üçün yarışır, 3-ü məğlub oldu


Bu gün Bakıda güləş üzrə olimpiya lisenziya turnirində qadın güləşçilərimiz mübarizəyə qoşulublar


90plus.az xəbər verir ki, bu gün Azərbaycanın 5 sərbəst güləşçisi görüşə çıxacaq. Mariya Stadnik (50 kq) və Jalə Əliyevə (57 kq) 1/4 finaldan başlayacaqlar.


Digər 3 idmançımız - Elnura Məmmədova (53 kq), Birgül Sultanova (62 kq) və Elis Manolova (68 kq) isə yarışa təsnifat mərhələsindən ( 1/8 final) start veriblər. Təəssüf ki, hər üçü uduzaraq mübarizəni dayandırıb.

Yarımfinallar saat 18:00-da başlanacaq.


Qeyd: Yarımfinalın qalibləri 2024-cü ildə Parisdə keçiləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Bakı turnirində final olmayacaq.


Dünən 4 yunan-Roma güləşçimizdən (Beka Kandelaki, Nihat Məmmədli, İslam Abbasov və Murad Əhmədiyev) heç biri lisenziya qazana bilmədilər.

0 comments
bottom of page