top of page

Bu gün İddiaçılar turnirində Nicat Abasovun görüşü var!


Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar turnirində Azərbaycan şahmatçısı Nicat Abasov bu gün mübarizəyə başlayır.


90plus.az xəbər verir ki, 28 yaşlı qrossmeyster Bakı vaxtı ilə saat 22:30-da rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq.


Abasov ağ fiqurlarla oynayacaq.


Nicat yarışdan əvvəl ayağından zədə alıb və bir ay əvvəl dizindən əməliyyat olunub:


"Fiziki formamı yaxşılaşdırmaq üçün idman zalına gedirdim və bir az futbol oynayırdım. Hazırda yaxşıyam. Torontoda hava şəraitinə öyrəşməyə çalışıram. İndiyədək burada hər şeyi bəyənmişəm".




Abasov onunla birlikdə Kanadaya yollanan Şəhriyar Məmmədyarov haqqında danışıb: "O, pozitiv insan və çox yaxşı şahmatçıdır. Bu yarışda mübarizə aparan idmançılardan biri ola bilərdi. Amma bu dəfə mənə kömək edir. Döyüşmək lazımdır. Şəhriyarın burada olması mənə əlavə motivasiya verir". FOTO



Mənbə: ChessBase India



0 comments
bottom of page