top of page

Bu gün Misli Premyer Liqasında 2 oyun olacaq!


Misli Premyer Liqasında 16-cı turun 2-ci oyun günündə 2 matç keçiriləcək.


90plus.az xəbər verir ki, öncə "Qəbələ" "Kəpəz"i qəbul edəcək. Bu oyun saat 15:00-da başlayacaq.


Digər matçda isə "Zirə" evdə "Araz-Naxçıvan"la qarşılaşacaq. Oyun saat 17:00-da start götürəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.


9 dekabr

15:00."Qəbələ" - "Kəpəz"

Qəbələ şəhər stadionu


17:00."Zirə" - "Araz-Naxçıvan"

Zirə İdman Kompleksinin stadionu


10 dekabr

15:00."Sabah" - "Səbail"

"Bank Respublika Arena"


18:00."Neftçi" - "Turan Tovuz"

"Neftçi" Arena"


8 dekabr 

“Sumqayıt” – “Qarabağ” - 1:6

0 comments
bottom of page