top of page

Bu gün “Turan və Neftçi” uddu!


Bu gün Azərbaycan Premyer Liqasının 30-cu turunda iki əyalət klubu üz-üzə gəlib.


90plus.az xəbər verir ki, Tovuz klubu Qəbələ klubuna qalib gəlib:


Qəbələ 1-2 Turan Tovuz

Əyyub Allaş 49'

Souza 82'

Pusi 90+4'


Qollar:


İkinci oyunda “Neftçi” böyükhesablı qələbə qazanıb, Miodraq Bojoviçin komandası ölkə kuboku nəzərə alınmaqla 2 oyundan sonra bunu bacarıb:


Neftçi 3 - 0 Araz Naxçıvan

Moreno B. 1’

Hadzhiyev R. 45’

Bogomolskiy E. 87’


Qollar:


"Ağ-qaralar" bu mövsüm yalnız 4-cü cəhddən “Araz-Naxçıvan”a qalib gələ bildi. Xallarının sayını 47-yə çatdıran “Neftçi” 2-ci pillədə qayıtdı.


 “Qəbələ”nin sabiq baş məşqçisi Elmar Baxşıyevin yeni komandasındakı debütü uğursuz alındı. Muxtar Respublika təmsilçisinin qələbəsiz matçlar seriyası 8-ə yüksəldi. 32 xalda qalan “Araz-Naxçıvan” 8-ci yerdədir.


Qeyd: 30-cu tura sabah yekun vurulacaq.




0 comments
bottom of page