top of page

“Bu gün ustalıq qalib gəldi” Ayxan Abbasov


"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov "Neftçi"yə (2:3) uduzduqları oyun haqqında danışıb.


90plus.az xəbər verir ki, mütəxəssis bu durumdan çıxmaq planları düşündüyünü bildirib:


"Çətin və maraqlı oyun oldu. Hesabda geri düşsək də, qollar vurduq. Hər qoldan sonra hesabda önə çıxa bilərdik. Amma imkanlardan yaxşı istifadə edə bilmədik. İkinci hissədə 11-ci dəqiqədə rəqib ilk dəfə cərimə meydanımıza daxil oldu. Təəssüf ki, qol buraxdıq. Bu gün ustalıq qalib gəldi. "Qəbələ" ilə matçı çıxsaq, rəqiblərlə başabaş oynamışıq. Davam etmək lazımdır. Təslim olmaq olmaz. Ruhdan düşsək, çətin olacaq. Futbolçuların arxasındayıq, birlikdə bu durumdan çıxacağıq. Hakimlik haqda danışmaq istəmirəm. Bu gün eşidirəm, hakim deyir VAR-dakı bildirdi ki, top başqasından çıxıb. Niyə VAR-dakı deyir bunu? Autu da səhv verirlər. Başa toxunuş varsa, dərhal matç dayanmalıdır. Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi. VAR-da olan hakim yəqin xətti çəkib".

0 comments
bottom of page