“Bu, Halandla bağlı qərarın düzgünlüyünün sübutudur” – “Borussiya” rəsmisi

“Borussiya”nın idman direktoru Sebastyan Kehl Dortmund klubunun sabiq hücumçusu Erlinq Halanda görə komandada yaranmış vəziyyətdən danışıb.


90plus.az “Sport Bild”-ə istinadən xəbər verir ki, Kehlə görə, bir anda “Mançester Siti”yə keçən norveçli forvard son vaxtlar Dortmund klubunda problemə çevrilibmiş:


“Biz Erlinqin komandamızdakı uğurlu çıxışını qəbul edirik və yüksək qiymətləndiririk. Amma o, klubdakı son zamanlarda problemə çevrilmişdi – komandanın özündə və paltardəyişmə otağında.


Bunu nəzərə alaraq, onun satış vaxtı düzgün seçilib. Bu həm bizə, həm də “Mançester Siti”yə çox faydalı oldu. İndi yeni mövsümdə 10 fərqli oyunçunun vurduğu 10 qolumuz var. Bu, Halandla bağlı qərarın düzgünlüyünün sübutudur”.


Bu yay “Mançester Siti”yə keçən Haland “Borussiya”nın heyətində 89 oyun keçirib, 86 qol vurub.

0 comments