“Bu, hamımız üçün böyük məyusluqdur" - Löv

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Avro-2020-nin 1/8 finalında İngiltərəyə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyunu şərh edib.

90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, matçla bağlı deyib:

“Bu, hamımız üçün böyük məyusluqdur. Avropa çempionatında daha çox şey qazanacağımıza ümid edirdik və komandamıza inanırdıq. Bu cür matçlarda əlinizdəki az şansdan istifadə etmək lazımdır. Timo Verner və Tomas Müller, təəssüf ki, onlardan yararlana və qol vura bilmədilər. Ümumiyyətlə, məğlub olmağımız dəhşətlidir".

0 comments