"Bu heyəti mən formalaşdırmışam" - Elmar Baxşıyev

“Futbolçular qarşısına qoyulan tapşırığı meydanda yerinə yetirdi. Avrokuboklara düşmək şansımız itsə də, komanda bunun öhdəsindən maksimum gəlməyə çalışdı". 90plus.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 26-cı turunda bu gün "Zirə" ilə səfər oyunundan sonra mətbuat konfransında deyib. O, qolsuz başa çatan görüşü belə şərh edib: "Hücumda oynamağı fikirləşirdik və çoxsaylı epizodlar yaratdıq, amma dəyərləndirməkdə çətinlik çəkdik. Bunu da şansla əlaqələndirirəm. Komandanın göstərdiyi futboldan məmnunam. Bu heyəti mən formalaşdırmışam, oynadığı üslubu komandaya aşılamışıq. Bunu meydanda görmək xoşdur. Nəticə baxımından isə hər iki komanda qələbəyə layiq idi. “Zirə” də yaxşı, dinamik futbol oynadı. Cari mövsümdə iki oyunumuz qalıb. Həmin matçlara konsentrasiya olub, çempionatı layiqli başa vurmağı planlaşdırırıq. Bu gün 7-8 epizod oldu ki, dəyərləndirə bilərdik. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Amma iradım yoxdur. Əsas komandanın göstərdiyi oyundur. Tələb etdiyimiz futbolu görmək xoşdur. Hakim üç dəqiqə əlavə etdikdə daha çox artırılmasının mümkünlüyü barədə soruşdum. Elə epizodlar var ki, başqa komandalar üçün penalti ilə dəyərləndirilir. Bizim lehimizə isə belə qərar verilmir. Ümidimizi itirmirik, ola bilər ki, biz də penalti vuraq”.




0 comments

Recent Posts

See All